Final görüşü FİFA referisinə həvalə olundu

 

Futzal üzrə Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb.

Sportline.az  Azərbaycan Futzal Federasiyasının facebook səhifəsinə istinadən xəbər verir ki, görüşü FİFA referiləri idarə edəcəklər.

Sabah Bakı İdman Sarayında “Marafon Futsal”la “Uğur” FK arasında baş tutacaq həlledici matçda ədalət təmsilçisi Elçin Səmədli olacaq.
 

Azərbaycan kuboku

Final

22 may

15:00. “Marafon Futsal” – “Uğur” FK
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov
Hakim-inspektor: Şahin Cəfərov

Bakı İdman Sarayı