İdmançılarımız Vətənə qayıdıblar

Polşada keçirilən III Avropa Oyunlarında çıxış etmiş Azərbaycan idman nümayəndə heyətinin sonuncu qrupu xüsusi təyyarə reysi ilə Vətənə qayıdıb.

Sportline.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub.

Mərasimdə idmançıların yaxınları, Gənclər və İdman Nazirliyinin əməkdaşları, federasiya rəsmiləri, azarkeşlər, idman ictimaiyyəti, media mənsubları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onlar arasında medal qazanan idmançılar da var.

Avropa Oyunlarında Azərbaycanı 86 idmançı 13 növdə təmsil edib.

Azərbaycan idmançıları III Avropa Oyunlarını 11 medalla başa vurub. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komanda ümumi hesabda isə 24-cü yeri tutub.