"İnter" UEFA Kubokuna sahib çıxdı

Futzal üzrə UEFA Kubokunda 2017/2018 mövsümünün qalibi müəyyənləşib. 

SportLine.az xəbər verir ki, həlledici görüşdə Portuqaliyanın "Sportinq" və İspaniyanın "İnter" klubları üz-üzə gəlib. Görüş İspaniya futzalçılarının qələbəsi ilə yekunlaşıb - 5:2.

Bununla da, "İnter" beşinci dəfə UEFA Kubokunu başı üzərinə qaldırıb.

Bürünc medallara isə digər İspaniya klubu - "Barselona" sahib çıxıb.