İspaniya 1 qolla yarımfinalda

Sloveniyanın paytaxtı Lyublyana şəhərində futzal üzrə Avropa Çempionatı davam edir. 

SportLine.az xəbər verir ki, bu gün yarışda yarımfinal mərhələsinə yekun vurulacaq. Mərhələnin son oyun günündə iki qarşılaşma keçiriləcək. Azarkeşlər Portuqaliya - Azərbaycan dueli ilə yanaşı, İspaniya - Ukrayna matçına da şahidlik edəcəklər.

Meydana favorit qismində çıxacaq İspaniya millisi Ukraynanı məğlub edəcəyi təqdirdə yarımfinalda Rusiyaya rəqib olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

07 fevral 2018
Futzal, Avro-2018
1/4 final

Ukrayna - İspaniya - 0:1
QOL:
Pola, 17:02 (0:1)