Joze Mourinyonun 3 arzusu

İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasında çempionluğu hədəfləyən "Mançester Yunayted" qış transfer pəncərəsində bir neçə futbolçu ilə güclənmək niyyətindədir. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo ilə klub rəhbərliyi arasında ötən gün keçirilən görüşdə bu məsələ müzakirə olunub.

Məlumata əsasən, portuqaliyalı mütəxəssis rəhbərliyə üç futbolçunun adını təqdim edib. Bunlar Filipe Koutinyo ("Liverpul"), Dele Alli ("Tottenhem") və 21 yaşlı argentinalı futbolçu Enzo Diazdır.

Qeyd edək ki, 2016-cı ildən "qırmızı şeytanlar"ı çalışdırır.