Macarıstan və Bosniya-Herseqovina seçmələri Bakıya gələcək

Futzal üzrə Avropa çempionatının təsnifat və seçmə mərhələlərinin püşkü atılması barədə məlumat vermişdik. SportLine.az xəbər verir ki, artıq oyunlara ev sahibliyi edəcək ölkələrin də adları bəllidir. Azərbaycan, Macarıstan, Bosniya-Herseqovina və ilk mərhələnin "D" qrupunda qalib olacaq komandaların qərarlaşacağı II qrupun oyunları Bakıda təşkil olunacaq. Seçmə mərhələnin görüşləri gələn ilin 3-12 aprel tarixində keçiriləcək.

Qeyd edək ki, çempionatın final mərhələsi 2018-ci ildə Sloveniyada olacaq.