"Mançester Yunayted" rəhbərliyindən Mourinyoya şərt

Joze Mourinyonun "Mançester Yunayted"dəki taleyi müzakirə mövzusudur. SportLine.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi portuqaliyalı mütəxəssisin qarşısına şərt qoyub.

"Sun" nəşrinin yaydığı məlumata görə, J.Mourinyonun taleyi komandasının növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmayacağından asılıdır. Hazırda 20 xalla İngiltərə Premyer Liqasında 8-ci pillədə qərarlaşan "qırmızı şeytanlar"ı Çempionlar Liqasında vəsiqə verən ilk "4-lük"dən 7 xal ayırır.

Məlumatda klub rəhbərliyinin "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettinonun xidmətində maraqlı olduğu deyilir. 

Qeyd edək ki, "Mançester Yunayted" ötən həftəsonu "Mançester Siti" ilə derbi görüşündə 1:3 hesabı ilə uduzub. 12 turdan sonra zirvədə qərarlaşan "Mançester Siti" Mourinyonun komandasını 12 xal qabaqlayır.