Milimiz Latviyadan qələbə ilə dönür

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama görüşünü keçirəcək. SportLine.az xəbər verir ki, Qurban Qurbanovun komandası Latviyanın qonağı olacaq.

Qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Riqanın "Dauqava" Stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Qeyd edək ki, Azərbaycan futbolçuları sonuncu yoxlama matçında Qazaxıstana 0:3 hesabı ilə uduzublar.


09 iyun 2018
Yoldaşlıq görüşü

Latviya – Azərbaycan - 1:3
QOLLAR:
Maksim Medvedev, 20 (0:1); Cavid İmamverdiyev, 57 (0:2); Emin Mahmudov, 62 (0:3); Robert Uldrikis, 90+4 (1:3)

Latviya: 23. Yevgeni Neruqal, 20. Kaspar Dubra, 16. Aleksandr Fertov, 6. Vladislav Qabov, 14. Davis İkaunyek, 11. Artur Karaşauskas, 2. Vitali Maksimenko, 7. Ritvar Ruqin, 10. Valeri Şabala, 18. İqor Tarasov, 8. Kristian Torres

Azərbaycan: 1. Kamran Ağayev (K), 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 5. Maksim Medvedev, 26. Ürfan Abbasov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 25. Cavid İmamverdiyev, 9. Namik Ələskərov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev

Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa, “Dauqava” stadionu