Millimiz Litva seçməsinə qalib gəldi

Qadın həndbolçulardan ibarət milli komandamız 2024-cü il Avropa çempionatının təsnifat mərhələsində ilk qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, həndbolçularımız bu gün Bakı İdman Sarayında Litva seçməsini qəbul ediblər.

Qarşılaşma gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk hissəsi 18:18 hesabı ilə bitən oyunun ikinci hissəsi də xala xal prinsipi ilə keçib. Matçın sonlarına yaxın hesabda geridə olmasına baxmayaraq yüksək əzmkarlıq göstərən həndbolçularımız vəziyyəti öz xeyirlərinə dəyişməyi bacarıblar. Oyun 35:33 hesabı ilə Azərbaycan milliisinin qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, komandamız martın 3-də Litva millisinin qonağı olacaq.