Millimiz planetin 10-cusudur

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

SportLine.az xəbər verir ki, əvvəlki cədvəllə müqayisədə mövqeyini qoruyan Azərbaycan seçməsi yenə 10-cudur. Milli komandamızın hesabında 1452 xal var.

Zirvədə yenə Braziliya qərarlaşıb. Azərbaycan millisinin Sloveniyada keçiriləcək rəqiblərindən İspaniya 2-ci, Fransa 20-ci pillənin sahibidir.

İlk 10-luq:

1. Braziliya - 1931
2. İspaniya - 1878
3. Rusiya - 1740
4. Argentina - 1683
5. İran - 1625
6. İtaliya - 1607
7. Portuqaliya - 1600
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1488
10. Azərbaycan - 1452