Rio-2016: Sotomayor gümüşlə kifayətləndi

Rio-2016 Yay Olimpiya Oyunlarının sonuncu günündə boks yarışları yekunlaşır. SportLine.az xəbər verir ki, bu növdəki təmsilçimiz Lorenzo Sotomayor həlledici döyüşə çıxıb.

64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Azərbaycan idmanı tarixində boks yarışlarında ilk Olimpiada qızılını qazana bilərdi. Bunun üçün özbəkistanlı Fazliddin Qaibnazarovu üstələmək tələb olunurdu. Təəssüf ki, boksçumuz vəzifənin öhdəsindən gələ bilməyib. Gərgin mübarizənin sonunda üstünlüyü son raundda əldən verən Sotomayor gümüş medalla kifayətlənib.

Rio-2016, Boks, 64 kq, FİNAL

Lorenzo Sotomayor (AZE) Fazliddin Qaibnazarov (UZB)
10 / 10 / 10 9 / 9 / 9
9 / 9 / 10 10 / 10 / 9
9 / 9 / 9 10 / 10 / 10