UEFA qadın futbolunun inkişafı üçün xərclənən məğləği artırır

UEFA qadın futbolunun inkişafı üçün daha çox vəsait ayırmağı planlaşdırır.

SportLine.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, "Het Trik" proqramının icrası üçün ayrılan vəsait 2020-ci ildən etibarən 50% artırılacaq. Hazırda bu proqram çərçivəsində quruma üzv olan 55 assosiasiyaya illik 100 min avro ödənilir. Bu məbləğ 2020-ci ildən 150 min avro olacaq.

Qeyd edək ki, UEFA-nın bu proqramı bütün yaş qruplarını əhatə edir.