Voleybol Federasiyasına yeni prezident təyin olundu

Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib. 

Gənclər və İdman Nazirinin mətbuat katibi Səmayə Məmmədovanın SportLine.az saytına verdiyi məlumata görə, toplantıda "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti"nin sədri Cavid Qurbanov federasiya rəhbəri seçilib. 

İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak edib. 

Qeyd edək ki, federasiyanın bundan əvvəlki prezidenti nəqliyyat naziri Ziya Məmmədov idi.