Yevgeni Koçuk yenidən "Səbail"də

Moldova millisinin futbolçusu Yevgeni Koçuk yenidən "Səbail"də çıxış edəcək.

SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 25 yaşlı yarımmüdafiəçini transfer edib. Avqustun 17-də Slovakiya "Jilina"sı ilə müqaviləsini ləğv edən Y.Koçuk "Səbail"ə azad agent statusu ilə keçib.   Onunla 1 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Y. Koçuk 2017/2018 mövsümünün ikinci yarısında da “Səbail”də çıxış edib.