Yüksək Liqada 28-ci turun hakimləri müəyyənləşdi

Futzal üzrə Yüksək Liqanın XXVIII turunun oyunları keçiriləcək. SportLine.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, qarşılaşmalar mayın 15-də baş tutacaq.

Oyunlara hakim təyinatları artıq açıqlanıb. Bakı İdman Sarayında keçiriləcək iki görüşü Elçin Səmədli və Elçin Məmmədov idarə edəcək.

15 may 2018
Yüksək Liqa
28-ci tur

13:00. EKOL - “Yasamal” İK
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov 
Hakim-inspektor: Aslan Həsənov

15:30. “Neftçi” İK – “Marafon Futsal”
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Yusif Nurullayev 
Hakim-inspektor: Ələkbər Məmmədov