Yüksək Liqada yeni mövsüm başlayır

Bu gün futzal üzrə Yüksək Liqada 2018-2019-cu il mövsümünə start veriləcək.

SportLine.az xəbər verir ki, açılış oyunu debütant "Xəzər Cənub"la "Neftçi" İK arasında olacaq. Çempion "Araz" "Yasamal" FK ilə üz-üzə gələcək. Son oyunda isə "Yasamal" İSK "Liman"la qarşılaşacaq. 

Yüksək Liqa, I tur

12:30. "Xəzər Cənub" – "Neftçi" İK

Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Əli Cəbrayılov 
Hakim-inspektor: Tofiq Şükürov

14:30. "Yasamal" FK - "Araz"

Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov 
Hakim-inspektor: Şahin Cəfərov

16:30. "Yasamal" İSK - "Liman"

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov 
Hakim-inspektor: Murad Məmmədov

Bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək.