“Fənərbağça” səfərdə “Brann”la qarşılaşacaq.

UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün 6-cı turun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, “Fənərbağça” səfərdə “Brann”la qarşılaşacaq.

Türkiyə klubunda Con Duran cəzalı, Nelson Semedo isə zədə səbəbindən oyunda iştirak etməyəcək.

Norveç təmsilçisində itkilərin sayı daha çoxdur. Tom Bramel, Yonas Torsvik, Feliks Horn Mire, Niklas Yansen Vassberq, Sakarias Opsal və Saevar Atli Maqnusson baş məşqçi Freyr Aleksanderessonun sərəncamında olmayacaq.

Qeyd edək ki, “Brann” – “Fənərbağça” görüşü bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.

Matçda söz sahibi fransalı hakim Villi Delayod olacaq.