Məhəmmədəli Nuruşov Özbəkistanda keçirilən qarşılaşmada qələbə qazanıb

Azərbaycan MMA döyüşçüsü Məhəmmədəli Nuruşov Özbəkistanda keçirilən qarşılaşmada  qələbə qazanıb.

Sportline.az xəbər verir ki, Nuruşov Daşkənd şəhərində keçirilən “Octagon 84” turnirində özbəkistanlı Şaxzod Qolda Uzoqov ilə üz-üzə gəlib. Nuruşov elə ilk  raundda texniki nokautla qalib gəlib.

Bu, Məhəmmədəli Nuruşovun peşəkar karyerasında ikinci qələbəsi olub.  Şaxzod Uzoqov isə ilk rəsmi məğlubiyyətini alıb.