TFF-dən Türkiyə - Monteneqro matçı öncəsi açıqlama

Türkiyə Futbol Federasiyası Millətlər Liqası oyunu çərçivəsində keçiriləcək Türkiyə - Monteneqro matçından öncə azarkeşlərə xəbərdarlıq edilib.

Sportline.az “TFF”nin rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə Futbolunun rəsmi işçiləri azarkeşlərə stadiona erkən gəlmələrini xahiş edib. Buna səbəb oyun zamanı stadionda ixtişaşın yaşanması göstərilir.

Qeyd edək ki, Türkiyə - Monteneqro matçı oktyabr ayının 11-i saat 22:45 başlayacaq.