1 qırmızı vərəqə, 4 qol
Almaniya kubokunda 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, günün maraqlı görüşlərindən biri Leverkuzendə keçirilib. "Verder"i qəbul edən "Bayer" oyuna yaxşı başlasa da, üstünlüyü qoruya bilməyib. Meydan sahiblərinin futbolçusu Vendelin qırmızı kartla cəzalandırılması Bremen təmsilçisinin işinə yarayıb.
09 fevral 2016
Almaniya kuboku, 1/4 final
"Bayer" - "Verder" - 1:3
QOLLAR: Çiçarito, 22 (1:0), Qarsia, 31, (1:1), Pizarro, 42 (1:2), Qrillitç, 82 (1:3)
QIRMIZI VƏRƏQƏ: Vendel, 42