13 oyun cəza aldı
“Real Saraqosa”nın qapıçısına ağır cəza – 13 oyunluq diskvalifikasiya olundu.
Sportline.az xəbər verir ki, İspaniyanın “Real Saraqosa” klubunun qapıçısı Esteban Andrada ciddi intizam cəzası ilə üzləşib.
Təcrübəli qolkiperə 13 oyunluq diskvalifikasiya verilib.
Hadisə Sequnda Divizionda “Saraqosa” ilə “Ueska” arasında keçirilən və aşağı liqa uğrunda gərgin mübarizə ilə yadda qalan qarşılaşmanın son dəqiqələrində baş verib.
Andrada əvvəlcə əlavə olunmuş vaxtda rəqib oyunçunu itələdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub.