15-ci turun afişası açıqlandı

Futzal üzrə Yüksək Liqada da dövrələrarası fasilə başa çatır. SportLine.az xəbər verir ki, fevralın 14-də üçüncü dövrənin oyunlarına start veriləcək.

Qış fasiləsindən sonra ilk oyun “Neftçi” və “Yasamal” arasında keçiriləcək.

Turun mərkəzi oyunu isə CBC Sport kanalında canlı yayımlanacaq. Söhbət “Araz” – EKOL oyununda gedir.

Turun oyun cədvəlini diqqətinizə çatdırırıq:

“Neftçi” İK – “Yasamal” FK
14 fevral. Bakı İdman Sarayı. Saat 12:30

“Araz” – EKOL
14 fevral. Bakı İdman Sarayı. Saat 14:30

“FK.İD.Futsal” – “Marafon Futsal”
14 fevral. Bakı İdman Sarayı. Saat 16:00