15 yaşlı Kamilla Vəliyeva Olimpiadada rekord qırdı

Rusiyalı fiqurlu konkisürən Kamilla Vəliyeva Çində keçirilən Qış Olimpiya Oyunlarında rekord qırıb.

Sportline.az xəbər verir ki, 15 yaşlı Avropa çempionu sərbəst konkisürmədə 4 dəfə tullanma ilə tarixə düşüb.

Kamilla Vəliyeva həm qısa, həm də sərbəst skeytdə qalib gəlməklə rekorda sahib çıxıb.

Yarışlarda 15 xal qazanan Vəliyeva növbəti həftə qadınların təkbətək yarışında qızıl medala əsas namizəd kimi göstərilir.