1/8 finalın təqvimi hazır
Bu gün axşam keçiriləcək son qrup oyunları ilə 2025 Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin təqvimi artıq bəlli olacaq.
Sportline.az xəbər verir ki, İbrahim Mbayenin çıxış etdiyi Seneqal E qrupunda üçüncü yeri tutan komanda ilə üz-üzə gələcək. Bu rəqib bu axşam keçiriləcək oyunlardan sonra müəyyənləşəcək və ya Burkina Faso, ya da Sudan olacaq.
Digər tərəfdə isə Aşraf Hakiminin formasını geyindiyi Mərakeş artıq rəqibini tanıyır. Şimali Afrika təmsilçisi C qrupunda üçüncü olan Tanzaniya ilə qarşılaşacaq.
2025 Afrika Millətlər Kuboku – 1/8 final mərhələsinin oyun cədvəli:
Seneqal – E qrupunun üçüncüsü - 3 yanvar
Mali – Tunis - 3 yanvar
Misir – Benin - 5 yanvar
F qrupunun birincisi – E qrupunun ikincisi - 6 yanvar
Cənubi Afrika – F qrupunun ikincisi - 4 yanvar
Mərakeş – Tanzaniya - 4 yanvar
Nigeriya – F qrupunun üçüncüsü - 5 yanvar
Əlcəzair – DR Konqo - 6 yanvar