18 yaşlı futbolçu "Tottenhem"də

18 yaşlı futbolçu Ceysm Vilson icarə əsasında "Tottenhem"ə keçib.

Sportline.az xəbər verir ki, bu haqda London klubunun rəsmi saytı məlumat yayıb.

Sözügedən oyunçu müqavilə əsasında "Hearts" klubuna məxsusdur.

Qeyd edək ki, C.Vilson cari mövsüm meydana çıxdığı 10 matçda 2 qolla yadda qalıb.