18 yaşlı futbolçunun həyatını xilas edə bilmədilər

Macarıstanın “Tarr Andraşida” klubunun futbolçusu Hegedus Viktor Marsell vəfat edib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçu məşq zamanı huşunu itirərək yerə yıxılıb. Komanda yoldaşları dərhal onun yanına qaçaraq normal vəziyyətdə uzandırıblar. Daha sonra təcili tibbi yardım gəlib və futbolçununun yaşaması üçün uzun müddət çalışıb. Ancaq Marsellin həyatını xilas etmək mümkün olmayıb.