18 yaşlı futbolçuya 180 milyon avro
"Monako" və Fransa milli komandasının hücumçusu Kilian Mbappe "PSJ"-də çıxış edəcək. Sportline.az xəbər verir ki, parislilər istedadlı futbolçunu transfer hüququ nəzərə alınmaqla icarəyə götürmək niyyətindədirlər. Fransa çempionu gələn yay 18 yaşı tamam olacaq forvard üçün "Monako"ya 180 milyon avro ödəməyi planlaşdırır. Xatırladaq ki, Mbappe ötən mövsüm 26 qol 14 məhsuldar ötürmə ilə qitə nəhənglərinin diqqət mərkəzinə düşməyi bacarmışdı.