19 yaşlı fitri istedad "Fənərbağça"da

"Fənərbağça" Türkiyə futbolunun daha bir istedadlı simasını heyətinə qatıb.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi "Karşıyaka"nın 19 yaşlı cinah oyunçusu Adem Yeşilyurtun transferini reallaşdırıb.

İzmir təmsilçisi,  "Trabzonspor", "Alanyaspor", "Kasımpaşa", "Maribor" kimi klubların da transfer siyahısında olan futbolçunu "Fənərbağça"ya keçidini daha məqbul sayıb.

"Aspor"un məlumatına görə, istanbullular keçid üçün 500 min avro ilkin ödəniş edəcəklər.

Əlavə olaraq isə, Yeşilyurtun sonrakı transfer gəlirlərinin 25 faizi "Karşıyaka"ya çatacaq.