2 oyunun yeri dəyişdirildi
Əlverişsiz hava şəraitinə görə, Peşəkar Futbol Liqası Premyer Liqanın 14-cü turunda keçiriləcək iki oyunun yerini dəyişdirmək qərarına gəlib. SportLine.az xəbər verir ki, Gəncə şəhər stadionu və 8-ci km stadionunun ot örtüyü yararsız hala düşdüyündən "Kəpəz" - "Zirə" və "Neftçi" - "Qəbələ" görüşlərinin məkanları dəyişdirilib.
Çempionatın IV dövrəsinin “Zirə” – “Kəpəz” oyunu “Kəpəz” – “Zirə” görüşü kimi qeydə alınacaq.
“Neftçi” – “Qəbələ” qarşılaşması əvvəlcədən nəzərdə tutulduğu kimi Qəbələ şəhər stadionunda reallaşacaq.
Qeyd edək ki, “Zirə” – “Kəpəz” matçı saat 14:00-da, AZAL – “Qarabağ” görüşü isə 15:00-da start götürəcək.