20 illik sevda bitmək üzrə
Londonun Arsenal klubu yeni baş məşqçi axtarışındadır. Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, topçular Arsen Vengerlə yolları ayırmağa hazırlaşırlar. 20 illik baş məşqçisinin mövsümün sonunda komandanı tərk etmək ehtimalı yüksək qiymətləndirilir. Fransalı mütəxəssisin yerinə əsas namizədlər Massimiliano Allegri, Dieqo Simeone, Ralp Hasenhuttl, Eddi Hove və Dennis Berqkampdır. Klub rəhbərliyinin artıq Allegri ilə danışıqlara başladığı və "Yuventus"u çalışdıran mütəxəssisin təklifə müsbət yanaşdığı deyilir.Xatırladaq ki, Arsen Venger 1996-cı ildən "Arsenal"ın sükanı arxasındadır.