2017-ci ilin ən yaxşı hakimləri

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin ən yaxşı hakimlərini müəyyənləşdirib. SportLine.az xəbər verir ki, sorğu əsasında tərtib edilən siyahının zirvəsində almaniyalı Feliks Brix qərarlaşıb. Martin Atkinson (İngiltərə) 2-ci, Nikola Ritsoli (İtaliya) isə 3-cü olub:

1. Feliks Brix (Almaniya) – 178 səs

2. Martin Atkinson (İngiltərə) - 73

3. Nikola Ritsoli (İtaliya) - 59

4. Mark Klattenburq (İngiltərə) - 50

5. Nestor Pitana (Argentina) - 46

6. Byorn Kuypers (Hollandiya) - 44

7. Damir Skomina (Sloveniya) - 40

8. Cüneyt Çakır (Türkiyə) - 39

9. Milorad Maziç (Serbiya) - 38

10. Antonio Mateu Lahoz (İspaniya) - 32

Qadın hakimlərin reytinqində də liderlik almaniyalıya məxsusdur. Bibiana Ştaynhauz bu siyahıda hamını qabaqlayıb:

1. Bibiana Steinhaus (Almaniya) – 232 səs

2. Ester Staubli (İsveçrə) - 137

3. Stefan Frappart (Fransa) - 50

4. Katerina Monzul (Ukrayna) - 38

5. Katalin Kulçar (Macarıstan) - 35

6. Riem Hussein (Almaniya) - 26

7. Pernilya Larsson (İsveç) - 18

8. Anastasiya Pustovoytova (Rusiya) - 17

9. Karina Vitulano (İtaliya) - 15

10. Olqa Miranda (Paraqvay) - 14