2017-ci ilin rəmzi komandası
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2017-ci ilin rəmzi komandasını açıqlayıb. SportLine.az xəbər verir ki, federasiyaya üzv olan 91 ölkədən verilən səslər əsasında müəyyən edilən "11-lik"də bu futbolçular yer alıb:
QAPIÇI: Canluici Buffon (İtaliya/"Yuventus");
MÜDAFİƏÇİLƏR: Dani Alves (Braziliya/"Yuventus"), Serxio Ramos (İspaniya/"Real"), Leonardo Bonucci (İtaliya/"Yuventus"/"Milan"), Marselo (Braziliya/"Real");
YARIMMÜDAFİƏÇİLƏR: Luka Modriç (Xorvatiya, "Real"), Toni Kroos (Almaniya/"Real"), Kevin De Bröyn (Belçika/"Mançester Siti");
HÜCUMÇULAR: Kriştianu Ronaldu (Portuqaliya/"Real"), Lionel Messi (Argentina/"Barselona"), Neymar (Braziliya/"Barselona"/PSJ);
BAŞ MƏŞQÇİ: Zinəddin Zidan ("Real").