22 futbolçuya ömürlük cəza

Asiya Futbol Konfederasiyası 22 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb.

SportLine.az xarici mətbuata istinadən xəbər verir ki, buna həmin futbolçuların danışılmış oyunlarda iştirak etməsi səbəb olub.

Cəzalananlar əsasən Laos və Kambocadan olan oyunçulardır. Araşdırma davam etdiyi üçün hələlik həmin oyunçuların adları açıqlanmır.