24 yaşlı dünya çempionunun müəmmalı ölümü

Rusiyalı üzgüçü Aleksandr Makarov dünyasını dəyişib.

Sportline.az Rusiya Paralimpiya Komitəsinin saytına istinadən xəbər verir ki, 3 qat dünya çempionu 24 yaşında qəflətən vəfat edib. Gənc paralimpiyaçının ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 2019-cu ildə 3 dəfə dünya çempionu olan idmançı 2015-ci ildə gümüş və bürünc medallara sahib olub. Onun aktivində həmçinin Avropa çempionatının 3 gümüş və 2 bürünc medalı var.