24 yaşlı futbolçu dünyasını dəyişdi

İngiltərənin "Morkam" klubunun futbolçusu Kristian Mbulu gözlənilmədən vəfat edib.

Sportline.az xəbər verir ki, 4-cü liqa təmsilçisinin oyunçusu 24 yaşında dünyasını dəyişib.

Hələlik müdafiəçinin ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Kristian Mbulu karyerası ərzində "Morkam"dan əlavə, İngiltərədə "Brentvud", "Milluoll", "Kanvi-Aylend", "Breyentri Taun", "Kru Aleksandra", həmçinin Şotlandiyada "Moteruell" klublarının formasını geyinib.