30 yaşlı futbolçu "Roma"da qalacaq
"Roma"nın futbolçusu Cianluka Mançini klubla yeni müqavilə imzalayacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.
30 yaşlı oyunçunun paytaxt klubu ilə hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Mançini 2020-ci ildən "Roma"da çıxış edir.