31-ci dəfə Portuqaliya çempionu oldular
Portuqaliyada 2025/26 mövsümünün çempionu məlum olub.
Sportline.az xəbər verir ki, “Portu” 32-ci turda “Alverka”nı minimal hesabla məğlub edib və qızıl medalları rəsmiləşdirib. Bu, klub tarixində 31-ci Portuqaliya çempionluğudur.
“Portu” 85 xalla liderdir. Françeski Fariollinin komandası son iki tur qalmış ən yaxın izləyicisi “Benfika”nı 9 xal qabaqlayır.