UEFA kubokunu qazanan futbolçu karyerasını bitirdi
Rusiyanın "Krılya Sovetov" klubunun futbolçusu Aleksandr Anyukov karyerasını başa vurub.
Sportline.az xəbər verir ki, 37 yaşlı müdafiəçi məşqçi kimi fəaliyyət göstərəcək.
2005-2019-cu illərə "Zenit"də çıxış edən Anyukov 5 dəfə Rusiya çempionu olub. O. Sankt-Peterburq klubu ilə UEFA Kuboku və UEFA Super Kubokunu da qazanıb. Anyukov Rusiya millisində 77 oyun keçirib.