39 yaşlı oyunçu daha bir il komandada qalacaq

Argentina millisinin keçmiş futbolçusu Maksi Rodriqes "Nyuells Old Boyz" ilə müqaviləsini uzadıb.

Sportline.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi karyerasını 2021-ci ilin yayına qədər Argentina klubunda davam etdirəcək.

Peşəkar karyerasına 1999-cu ildə "Nyuellz Old Boyz"da başlayan təcrübəli futbolçu "Espanyol", "Atletiko" və "Liverpul" kimi klublarda çıxış edib.