39 yaşlı qapıçı Portuqaliya klubuna keçib
Meksikalı qolkiper Gilerme Oçoa karyerasını Portuqaliyada davam etdirəcək.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, AVS klubu azad agent statusunda olan futbolçunu heyətinə qatdığını açıqlayıb.
Elitaya bu mövsüm yüksələn AVS 4 turdan sonra 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Oçoa ötən mövsüm "Salernitana"da 21 oyuna çıxıb və 44 qol buraxıb. O, cəmi bir görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.