4 il öncə

Bu gün futbol tarixində əlamətdar günlərdən biridir.

SportLine.az xəbər verir ki, dünya futbolunun canlı əfsanələrindən Devid Bekhem 4 il öncə bu gün futbolla vidalaşdığını bilidirib. Sonuncu iş yeri PSJ olan ulduz 2012-2013 mövsümünün sonunda peşəkar karyerasını bitirib.

D.Bekhem futbolçu kimi "Mançester Yunayted", "Preston Nors End", "Real", "Los Anceles Qalaksi", "Milan" və PSJ-nin şərəfini qoruyub. Klub karyerasında keçirdiyi 523 oyunda 97 dəfə rəqib qapıçıları məyus edib. 

İngiltərə millisində 115 oyun keçirən yarımmüdafəçi 17 dəfə fərqlənib.

Sosial və mədəni həyatdakı fəaliyyəti ilə də seçilən D.Bekhem UNİCEF-in xoşməramlı səfiridir.