58 saat FIFA2020 oynayıb rekord qırdı

Nigeriyalı kiberidmançı, "Sinister5" komandasının üzvü Daniel Osemeudiame "Playstation"da ardıcıl 58 saat FIFA20 oynayıb.

Sportline.az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, afrikalı oyunçu bu göstərici ilə yeni dünya rekordu müəyyənləşdirib.

Ona hər saatın tamamında azacıq fasilə etmək imkanı verilib. Osemeudiame indi Ginnesin Rekordlar Kitabının onun nəticəsini təsdiqləməsini gözləyir.

Qeyd edək ki, bundan əvvəlki rekord Kristofer Kuka məxsus idi. O, 2014-cü ildə FIFA15 oyununu fasiləsiz olarq 48 saat 49 dəqiqə 41 saniyə oynamışdı.