"Aberdin"in futbolçusu: "Qarabağ" yaxşı komandadır, amma..."

“Aberdin”in futbolçusu Funso Oyo Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçiriləcək cavab oyunu haqda danışıb.

Sportline.az xəbər verir ki, Oyo matçla bağlı bunları deyib:

“14 ildən sonra, ilk dəfədir ki, avrokuboklarda qrup mərhələsinə düşməyə bu qədər yaxınlaşmışıq. Ona görə də bizi hansı çətinliyin gözlədiyini bilirik.

İlk oyunda xoş olmayan nəticə ilə üz-üzə qaldıq. Amma hansı şəraitdə oynadığımızı nəzərə alsaq, nəticənin o qədər də pis olmadığını düşünmək mümkündü.

“Qarabağ” yaxşı komandadı. Amma rəhbərlik və azarkeşlər bizdən yaxşı nəticə gözləyir. Ev oyununda bizi yaxşı dəstək gözləyir. Bircə qalır, ən maksimumuzu göstərib uğurlu nəticə qazanaq”.