AÇ-2020: Almaniya - Macarıstan görüşü ilə bağlı intizam işi açıldı

AÇ-2020-nin F qrupunun 3-cü turu çərçivəsində keçirilən Almaniya – Macarıstan matçıyla bağlı intizam işi açılıb.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Almaniya – Macarıstan oyununda Macarıstan dövlət himninin oxunması zamanı azarkeşlərdən biri Almaniya yığmasının geyimində və LGBT-nin rənglərini özündə əks etdirən göy qurşağı formasında bayraqla meydana qaçıb.

Avropa futbol qurumu məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.

Almaniya – Macarıstan matçı 2:2 hesabıyla bitib. UEFA qarşılaşmadan əvvəl oyunun keçiriləcəyi “Alyans Arena”nın göy qurşağı rənglərində işıqlandırılmasını qadağan etmişdi.