AÇ-2020-nin açılış matçına namizəd şəhərlər açıqlandı
UEFA 2020-ci il Avropa çempionatının açılış matçına namizəd şəhərləri açıqlayıb.
Sportline.az xəbər verir ki, siyahıda Amsterdam (Hollandiya), Brüssel (Belçika), Qlazqo (Şotlandiya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərləri yer alır. Açılış matçına ev sahibinin adı dekabrın 7-də təsdiqlənəcək.
Qeyd edək ki, 12 iyun – 12 iyulda təşkil olunacaq 2020-ci il Avropa çempionatı ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək.Turnirin 4 matçı (3 qrup, 1 1/4 final) Bakıda olacaq.