Acun 35 milyon avroya İngiltərə klubu alır

TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalının İngiltərənin "Hall Siti" klubunu almağa yaxındır.

Sportline.az Türkiyə istinadən xəbər verir ki, o, Çempionşip təmsilçisinin hazırkı sahibi misirli iş adamı Assem Allamla razılığa gəlib. Razılığa əsasən, Acun "Hall Siti" üçün 30 milyon funt sterlinq (təqribən 35.5 milyon avro) ödəyəcək. Razılıqda bəzi bonus mükafatlar da yer alıb. Belə ki, klub Premyer Liqaya yüksəlsə, daha 20 milyon funt sterlinq ödəniləcək.

Qeyd edək ki, "Hall Siti" Çempionşipdə 9 xalla 22-ci pillədə qərarlaşıb.