Adam Maruşiç "Latsio" ilə yeni müqavilə imzalayıb
"Latsio"nun monteneqrolu futbolçusu Adam Maruşiç klubla 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulmuş müqaviləyə qol çəkib.
Sportline.az xəbər verir ki, bu haqda Roma klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı sağ cinah müdafiəçisi 2017-ci ildən "Latsio"nun şərəfini qoruyur.
Qeyd edək ki, A.Maruşiç cari mövsüm meydana çıxdığı 18 matçda 1 asistlə yadda qalıb.