Adam Varton London nəhənginə keçə bilər

"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Varton "Çelsi"nin transfer hədəfindədir.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

21 yaşlı futbolçu "Çelsi"yə keçməyə razılıq verib. Lakin son qərarı "Kristal Pelas" klubunun rəhbərliyi verəcək.

Qeyd edək ki, Adam Varton İngiltərə futbolunun gələcəyi sayılır.

O, cari mövsüm meydana çıxdığı 15 matçda 1 məhsuldar ötürmə müəllifi olub.