Adeyemi Almaniya klubundan gedir
“Borussiya Dortmund”un hücumçusu Karim Adeyemi qış transfer pəncərəsi dövründə klubdan ayrılmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
23 yaşlı oyunçunu “Mançester Yunayted” transfer etmək istəyir.
Qeyd edək ki, Adeyemi cari mövsüm meydana çıxdığı 19 görüşdə 3 qol, 5 məhsuldar ötürmə müəllifi olub.
Onun transfer qiyməti 60 milyon avrodur.