Adeyemi üçün 40 milyon avro təklif edilib
"Borussiya Dortmund"un almaniyalı futbolçusu Kərim Adeyemi karyerasını "Napoli"də davam etdirə bilər.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İtaliya klubu Adeyemi üçün "Borussiya Dortmund"da 40 milyon avro təklif edib. Tərəflər arasında danışıqlar davam edir.
Adeyemi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 5 qol və 5 asistlə yadda qalıb.
Qeyd edək ki, 23 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.